Baş direktorla müavininə ağır cəza tələb edilir
Avtobusda ödəniş edərkən DİQQƏTLİ OLUN -FOTO
Milli Məclisin qarşısında yanğın -VİDEO
Durovu qonşusu zəhərləyib?
“Yaroslavnefteorqsintez“ zavodunda yanğın baş verib
Fantastik qiymətə kəmər...-FOTO
TRT-nin jurnalisti Qəzzada öldürüldü
AŞPA-da Paşinyanı şoka salan Zəngəzur sualı: Bakının planı işləyir
Gələn ay ardıcıl 4 gün iş olmayacaq
Kamran Əliyevdən Adnan Əhmədzadənin həbsi ilə bağlı... - Açıqlama


03.10.2021  19:59 

İranın indiki təlaşı: kimə yönəlib?





A+  A-

İRANIN cənub sərhədlərimiz boyunca hərbi təlimlərinə, bu təlimlərdən vəcdə gəlmiş Ermənistanın qıcıqlandırıcı təbliğat hay-küyünə, Tehran parlamentindəki anti-Azərbaycan xoruna və hətta İran XİN-in və ayətullah Xamneyinin də bu “xoxgəlmə” xoruna qoşulmasına ciddi əhəmiyyət verməyinə dəyməz. Özünün də yaxşı bildiyi səbəblərə görə Tehranın Azərbaycana hərbi müdaxiləsi mümkünsüzdür, onun özü üçün nonsensdir… yəni müharibə qorxusu yoxdur.

İranın indiki təlaşı bölgədə yaranan yeni hərbi-siyasi və geopolitik reallıqlardır, Bakı ilə münasibətdə üzündəki “İslami həmrəylik” maskasının cırılmasıdır, Türkiyə və xüsusən İsrailin bölgədə möhkəmlənməsi, Pakistanın bura ayaq açması, Zəngəzur dəhlizinin tezliklə işə düşmə ehtimalının artması, Türkiyə-Ermənistan yaxınlaşması və Rusiyanın bütün bu proseslərə loyal yanaşmasıdır. Hərbi təlimlər isə birbaşa İsrailə və Cənubda Qarabağ etirazı bildirən çoxmilyonlu Azərbaycan türklərinə qarşıdır…

Biz bölgədəki siyasəti iflasa uğramış və indi sərhədlərimizdəki hərbi təlimlərlə yaralanmış şir kimi nərə çəkən İranı başa düşürük. Bu ölkə ilə müştərək tarix, din və mədəniyyətimiz olduğunu da bilirik. Ona görə də səmimi və mehriban qonşuluğun vacibliyini dərk edirik. Biz İranın Qərb və İsrail ilə bağlı narahatlığına cavab olaraq “Azərbaycan ərazisi qonşu İran üçün təhlükə meydanı ola bilməz” bəyanatını dəfələrlə vermişik və ən çətin məqamlarında da Tehranı buna əmin etmişik. Amma İran Ermənistanı yanacaq və silahla təmin etmək fikrindən bir gün də geri çəkilməyib. Bu gün də özünə şir deyən Tehranın quyruğu Ermənistandan yığışmır və yaxşı anlayır ki, Zəngəzur dəhlizi açılsa, bu quyruq qapı arasında qalacaqdır.

Azərbaycanın düşünə bilən insanları Tehran rejiminin son günlərdə yanlış siyasət yeritməsi qənaətindədir. Biz bu siyasətin həm də çoxmilyonlu soydaşımızın təmsil olunduğu İran xalqının əleyhinə olmasını düşünürük. Ona görə də qonşu və dost xalqın heysiyyətinə toxunan hər hansı davranışı qəbul etmir, belə düşüncəsiz hərəkətləri pisləyirik. İran rejimi də mövcud reallıqları qəbul etməli, tarixi ənənəni və öz xalqının mənafeyini əsas tutaraq Azərbaycanla münasibətlərin çat verməsinın qarşısını almalıdır. Bunun ona ancaq xeyri dəyə bilər.

Qulu Məhərrəmli

Xəbər 3831 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO

30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib


BÜTÜN XƏBƏRLƏR +