Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


26.02.2021  09:16 

ABŞ Ermənistan ordusunu siyasətə qarışmamağa çağırdı





A+  A-

“Ermənistan Silahlı Qüvvələri siyasətə qarışmamalıdır”.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib.

Dövlət Departamenti Ermənistandakı bütün tərəfləri şiddətin artmasının qarşısını almağa çağırıb:

“Biz Ermənistandakı son hadisələrdən xəbərdarıq, vəziyyəti çox yaxından izləyirik. Bütün tərəfləri təmkinli olmağa, hər hansı bir gərginlik və zorakılıqdan qaçmağa çağırırıq. Bütün tərəflərə əsas demokratik prinsipləri xatırladaraq bildiririk ki, silahlı qüvvələr daxili siyasətə qarışmamalıdır”.

Prays qeyd edib ki, Dövlət Departamenti siyasi liderləri qanunun aliliyi prinsiplərinə əməl edərək fikir müxtəlifliyini sülh yolu ilə həll etməyə çağırır. O həmçinin, əlavə edib ki, Dövlət Departamenti Ermənistanda çevriliş cəhdinin olub-olmadığı barədə bir nəticəyə gəlməyib.

Xəbər 3337 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +