Azərbaycanın iqtisadi “liderliyi”: Şişirdilmiş illüziyalar
Kommunikasiyaların vacibliyini bir daha təsdiqlədik - Paşinyan
“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video


01.11.2019  12:35 

Yağış yağdı, maşınlar yenə həmin tuneldə qaldı - VİDEO





A+  A-

Sentyabrın əvvəlində yağışdan sonra dolan tunel yenidən gündəmə gəlib. Belə ki, Bakının Sabunçu rayonunda yeni tikilən tuneldə keçid yenə də çətinləşib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Dəmir Yollarına aid tunel dəmir yolu xəttinin altında tikilib və tikinti işlərini “Körpü-Bina-Tikinti” şirkəti həyata keçirib. Həmin zaman güclü yağışlar nəticəsində tuneldə iki maşın tamamilə sular altında qalmışdı. İki ay öncəki hadisədə rəsmilər suyun çəkiləcəyini və problemin aradan qaldırılacağını bildirmişdilər.

Lakin bu gün jurnalist İlkin Muradovun hadisə yerindən paylaşdığı videoda görünür ki, gecə yağan yağışlar nəticəsində yenə tuneldə təxminən 1 metr dərinliyində gölməçə yaranıb. Nisbətən hündür maşınlar sudan keçə bilsə də, digər avtomobillərin hərəkətinə məhdudiyyət yaranıb. Ərazidə isə rəsmi şəxslər və ya suyun çəkilməsi üçün tədbir görən işçilər yoxdur.

Qeyd edək ki, bu yol paytaxt mərkəzi ilə Sabunçu qəsəbəsini birləşdirir.



Xəbər 3481 dəfə oxunub.





27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +