ABŞ İrana sanksiyalar tətbiq edir?
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ
Prezident “Qarabağ“ı təbrik edib -FOTO
“Qarabağ” qalib gəldi: 2:0
İlham Əliyev Danimarkaya işgüzar səfər edib
Saxta orden və medal təsis edənlər saxlanıldı
Adnan Əhmədzadənin mülkləri - Siyahı/Milyonluq evlər, maşınlar...
Məktəbli avtobusu: 240-250+ manat ödəməlisiniz - Ekspert
Filippində zəlzələ: 69 ölü, 200-dən çox yaralı var
Prezident və birinci xanım yeni parkın açılışında... - FOTO


17.08.2017  12:06 

FHN 172 nəfəri batmaq təhlükəsindən xilas edib





A+  A-

Avqustun 17-sinə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 172 nəfəri xilas edib.
Bu barədə XəzərNews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib. O qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilas edilənlərin sayı 54 nəfər olub:

“172 nəfərdən 118-i bizim xilasetmə avadanlıqları ilə təchiz olunmuş və nəzarətdə olan çimərliklərdə xilas olunub.

Qalan 54 nəfəri isə nəzarətsiz çimərliklərdə suda boğulma təhlükəsi ilə üzləşənlərdir. 54 nəfərdən 30-u su kanallarında, Kür sahilində xilas edilənlərdir. Çox az hissəsi isə dənizin nəzarətdə olmayan hissəsində xilas edilib”.

Qeyd edək ki, vətəndaşlar təhlükə zamanı 112-yə zəng edə bilər.

Xəbər 3329 dəfə oxunub.



01.10.2025  21:15 

“Qarabağ” qalib gəldi: 2:0

01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO


BÜTÜN XƏBƏRLƏR +