Ruslar Sumıda 4 sakini PUA ilə qətlə yetirib
Azərbaycan nefti ucuzlaşıb
İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq


14.06.2017  11:09 

Akademiyada 54 alimə mənzil verildi





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) sosial məsələlərin həlli istiqamətində növbəıti addım atılıb.
AMEA-nın mətbuat xidmətindən XəzərNews.az-a bildirilib ki, Akademiyanın Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyası işə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyası ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev bildirib ki, mənzillər, ilk növbədə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 54 AMEA əməkdaşına və onların ailə üzvlərinə uyğun gələn mənzillərin verilməsi püşkatma yolu ilə icra edilib. Bölgü zamanı əməkdaşların elmi dərəcələri və ailə vəziyyəti nəzərə alınıb.

Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyası yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən də gənc alimlərin mənzillə təmin olunması məqsədilə yeni yaşayış evlərinin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqları davam etdirir.

Xəbər 3096 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.09.2025  10:29 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +