Ruslar Sumıda 4 sakini PUA ilə qətlə yetirib
Azərbaycan nefti ucuzlaşıb
İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq


09.06.2017  11:56 

Azərbaycanın energetika naziri vəfat etdi





A+  A-

Türkiyənin İstanbul şəhərində müalicə olunan Azərbaycanın energetika naziri Natiq Əliyev dünyasını dəyişib.
XəzərNews.az-ın "APA-Ecoonmics"ə istinadən məlumatına görə, İstanbulun "Florence Nightingale" klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.

Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.
2005-2013-cü illərdə sənaye və energetika naziri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifələrində işləyib.


Xəbər 2960 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.09.2025  10:29 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +