Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


15.03.2023  12:09 

“Nar“ KOBİA-da yeni müştəri xidməti açdı





A+  A-

"Nar" Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yeni müştəri xidməti məntəqəsini istifadəyə verib. Artıq kiçik və orta bizneslə məşğul olmaq istəyən şəxslər heç yana getmədən, elə agentliyin binasında “Nar” müştəri xidmətləri məntəqəsinə yaxınlaşaraq, “ASAN İmza” xidmətinə qoşula bilir.

Yeni xidmət məntəqəsi bütün “Nar” müştəriləri üçün xidmətə açıqdır. Eynilə, “Nar” Mərkəzlərində olduğu kimi, KOBİA-da fəaliyyət göstərən xidmət məntəqəsi də hər bir müştəri sorğusunu qeydə alır və abunə əməliyyatlarını yerinə yetirir, həmçinin mövcud xidmətlər haqqında məlumat təqdim edir.

Xidmət məntəqəsi KOBİA-nın binasında – Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə yerləşir. İş saatları, KOBİA-nın iş saatlarına müvafiq olaraq, həftəiçi saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. Nahar fasiləsi saat 13:00-dan 14:00-a kimidir. Həftəsonları isə qeyri-iş günüdür.

“Nar” müştəriyönümlülük siyasətinə uyğun olaraq, abunəçiləri üçün ünsiyyəti rahat və əlçatan etmək üçün ən müasir standartlara cavab verən “Nar” Müştəri Xidmətləri Mərkəzlərinin sayını artırmaqda davam edir. Siz ən yaxın “Nar” Müştəri Xidmətləri Mərkəzini yerini öyrənmək üçün nar.az/maps veb səhifəsinə keçə, 777 Çağrı Xidmətinə zəng edə, və ya “Nar”ın sosial media səhifələrinə yaza bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Xəbər 2436 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +