Azərbaycan gömrüyü 6 bankı özünə “yaxın buraxmır“
Bu dəfə də ərəblər insanların başına butulka atırlar
“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi? – Ekspertdən AÇIQLAMA
“Delta Telekom”a kiberhücum olub
Direktor olmaq istəyərkən 20 000 manat ziyana düşdü
Fərid Zeynalov DOST-dakı vəzifəsindən nazirliyə getdi
Zelenski Rusiyanın şərtlərindən birini rədd etdi
Avtobus sürücüsü sükan arxasında “Tiktok” izləyir
Zelenski Ukraynada seçkilərdən danışıb
Rusiya ordusu Xersonu vurdu


16.06.2021  15:37 

Bugünkü imtahanın nəticələri yaxın 1 həftədə elan olunacaq





A+  A-

Dövlət İmtahan Mərkəzi (DIM) tərəfindən 16 iyun 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.
DİM-dən XəzərNews.az-a bildirilib ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanlar 12 (Bakı şəhərinin Xətai, Xəzər, Yasamal rayonlarında, həmçinin Beyləqan, Gədəbəy, Göyçay, Göygöl, Masallı, Oğuz, Salyan, Tovuz, Xaçmazda) şəhər və rayonda keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 105 imtahan binası, 1853 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 105 ümumi imtahan rəhbəri, 297 imtahan rəhbəri, 2313 nəzarətçi-müəllim, 210 buraxılışı rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 23920 şagirdin iştirakı gözlənilirdi.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən, iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xəbər 3509 dəfə oxunub.




21.08.2025  21:52 

Bu yolda sürət həddi endirildi

21.08.2025  16:13 

“Qəbələ“ FK cərimələndi

21.08.2025  15:34 

Sabah iki rayonda qaz kəsiləcək

21.08.2025  15:00 

Ölkədə internet çökdü

21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi


BÜTÜN XƏBƏRLƏR +