Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq


29.01.2021  16:43 

Elman Rüstəmov Mərkəzi Banka tikiləcək binadan danışdı





A+  A-

Mərkəzi Bankın sədri Elman Rüstəmov son günlər ölkə ictimaiyyətində rəhbərlik etdiyi qurum üçün tikiləcək inzibati binanın qiymətiylə bağlı gedən müzakirələrə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, E. Rüstəmov Mərkəzi Bankın binasının öz vəsaitləri hesabına tikiləcəyini bildirib: “Mərkəzi Bank büdcədən heç bir vəsait almır. Son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürüb. Cari il də isə 250 milyon manat köçürməyi planlaşdırır. Binanın tikintisi 4-5 il çəkəcək.

Biz son dövrlər klassik Mərkəzi Bank idik. Ancaq indi maliyyə bazarlarına nəzarət edirik. Buna görə də iş həcmimiz və işçilərin sayı artdı. Faktiki olaraq hazırda 3 binada yerləşirik. Pul təsərrüfat binamız Nərimanov rayonunda dalanda yerləşir. Bura yer və təhlükəsizlik üçün müəyyən tələblərə cavab vermir. Mərkəzi Bank modern institutdur. Buna görə də bizim belə bir binaya ehtiyacımız yaranıb. Biz indi olduğumuz binaları dövlətə qaytaracağıq. Sərf etdiyimiz dəyərin yarısını dövlətə verəcəyik. Bu da dövlət üçün böyük aktivdir.

Bu, komandanı bir yerə yığmaq zərurətindən yaranıb. Hökumət daxilində də bu məsələylə bağlı konsensus var”.

Qeyd edək ki, Mərkəzi Bank yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə 218 milyon avro dəyərində (təxminən 435 milyon manat) müqavilə imzalayıb. "Tekfen Holdinq" verdiyi açıqlamada layihənin inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.

Xəbər 4719 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +