“Allah sülh, İran isə müharibə deyir” - Politoloq
“İçərişəhər”də yaşayanlar avtomobillərini saxlamağa yer tapmırlar
Laqeyd yanaşma faciə ilə nəticələndi
ABB-dən müştərilərə yeni komissiya yükü…
Azərbaycan gömrüyü 6 bankı özünə “yaxın buraxmır“
Bu dəfə də ərəblər insanların başına butulka atırlar
“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi? – Ekspertdən AÇIQLAMA
“Delta Telekom”a kiberhücum olub
Direktor olmaq istəyərkən 20 000 manat ziyana düşdü
Fərid Zeynalov DOST-dakı vəzifəsindən nazirliyə getdi


30.09.2020  21:45 

Ermənilər bu dəfə yanacaqdoldurma məntəqəsini hədəfə aldı





A+  A-

Baş Prokurorluq daha bir məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumatda deyilir:

"Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 30.09.2020-ci il tarixdə saat 16 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, məntəqəyə ciddi ziyan dəymişdir.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Eyni zamanda, düşmənin növbəti dəfə ağır artilleriya qurğularından açdığı atəş nəticəsində 30.09.2020-ci il tarixdə saat 15 radələrində Tərtər rayonu, Yenikənd kənd sakini Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisinin düşməsi nəticəsində həyətdə olan yardımçı tikili dağılmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir".

Xəbər 4090 dəfə oxunub.



21.08.2025  21:52 

Bu yolda sürət həddi endirildi

21.08.2025  16:13 

“Qəbələ“ FK cərimələndi

21.08.2025  15:34 

Sabah iki rayonda qaz kəsiləcək

21.08.2025  15:00 

Ölkədə internet çökdü

21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +