Azərbaycan gömrüyü 6 bankı özünə “yaxın buraxmır“
Bu dəfə də ərəblər insanların başına butulka atırlar
“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi? – Ekspertdən AÇIQLAMA
“Delta Telekom”a kiberhücum olub
Direktor olmaq istəyərkən 20 000 manat ziyana düşdü
Fərid Zeynalov DOST-dakı vəzifəsindən nazirliyə getdi
Zelenski Rusiyanın şərtlərindən birini rədd etdi
Avtobus sürücüsü sükan arxasında “Tiktok” izləyir
Zelenski Ukraynada seçkilərdən danışıb
Rusiya ordusu Xersonu vurdu


05.11.2019  13:43 

Dövlət qulluğu vəzifələrinə müsabiqə elan olundu - ŞƏRTLƏR





A+  A-

Noyabrın 5-də 11 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib.
XəzərNews.az-a Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 20-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 40-ı B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsində şöbə müdiri, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzində direktor müavini vəzifələridir. Ümumilikdə isə, Kənd Təsərrüfatı Nazirliyində 17, Dövlət Statistika Komitəsində 10, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 10, Şəki Apelyasiya Məhkəməsində 7, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 5, Ali Attestasiya Komissiyasında 4, Maliyyə Nazirliyində 2, Mədəniyyət Nazirliyində 2, Hesablama Palatasında 1, Milli Arxiv İdarəsində 1, Şirvan Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 60 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibədə iştirak etmək istəyən noyabrın 25-i saat 18:00-dək (20 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

DİM həmçinin mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 29 dövlət orqanında 135 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər dekabrın 5-i saat 18:00-dək (30 gün müddətində) qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Maliyyə Nazirliyi (26 vəzifə) və Bakı şəhəri Xəzər Rayon Məhkəməsi (10 vəzifə) tərəfindən təqdim olunub.

Ümumilikdə, müsahibəyə çıxarılmış 135 vakant vəzifənin 1-i 4-cü təsnifata, 27-si 5-ci təsnifata, 9-u 6-cı təsnifata, 98-i isə 7-ci təsnifata aid olmaqla, 28-i BA, 107-si isə BB vəzifə qrupuna aiddir.

Xəbər 3162 dəfə oxunub.




21.08.2025  21:52 

Bu yolda sürət həddi endirildi

21.08.2025  16:13 

“Qəbələ“ FK cərimələndi

21.08.2025  15:34 

Sabah iki rayonda qaz kəsiləcək

21.08.2025  15:00 

Ölkədə internet çökdü

21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi


BÜTÜN XƏBƏRLƏR +