7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


06.10.2025  17:04 

Sabah bu ərazidə qaz olmayacaq





A+  A-

Sabah Şəmkir rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Qazıməmməd-Qazax" yüksəktəzyiqli magistral qaz kəmərinin 297.5-ci kilometrində yeni çəkilmiş yüksəktəzyiqli qaz xəttinin qaz nəqli sisteminə qoşulması və "Çinarlı QPS qol" qaz kəmərində kranın yenisi ilə əvəz olunması işləri ilə bağlı 07.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək "Şəmkir-1 əhali", "Şəmkir-2 sənaye", "Çinarlı əhali", "Çinarlı sənaye", eləcə də "Əliyaqublu-1" və "Əliyaqublu-2" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Məlumatda qeyd edilib ki, bu səbəbdən Şəmkir şəhəri (Şəmkir şəhərinin Morul yaşayış sahəsi istisna olmaqla), rayonun Dəllər və Çinarlı qəsəbələri, həmçinin Dəllər Cəyir, Dəllər Daşbulaq, Dəllər Cırdaxan, Yeni Həyat, Çaparlı, Əliyaqublu, Düzqışlaq, Təzəkənd, Qarabağlar, Yeniyol və Qədimqala kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Xəbər 3276 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +