Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


09.08.2021  17:43 

Niyaz Niftiyevin işi üzrə məhkəmə prosesi qəsdən uzadılır: Dövlət ittihamçısı yenə dəyişdirildi





A+  A-

Ötən ilin aprelində keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az Yenicag.az-a istinadən xəbər verir ki, bütün şahidlərin Niyaz Niftiyevin xeyrinə ifadə vermələrinə baxmayaraq, məhkəmə prosesi qəsdən uzadılır.

Belə ki, bir daha dövlət ittihamçısı Cövdət Mehrəliyev Vüsal Mehrəliyevlə əvəz olunub.

Baş Prokurorluq tərəfindən ittihamçıların tez-tez dəyişdirilməsi Niyaz Niftiyevin məhkəmə prosesinin qəsdən uzadılmasına dəlalət edir.

Maraqlısı isə budur ki, bəzi dairələr ağır cinayət törətməmiş, dindirilən şahidlərin xeyrinə ifadə verdiyi Niyaz Niftiyevin azadlığa buraxılmasını əngəlləmək üçün hər vasitədən istifadə edir.

Qeyd edək ki, növbəti məhkəmə prosesi avqustun 23-nə təyin edilib.

Xatırladaq ki, N.Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

Xəbər 4079 dəfə oxunub.




09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +