Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


08.08.2021  11:45 

Müdafiə naziri Kəlbəcər və Laçında hərbi hissələrdə - Video





A+  A-

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən əsaslı təmir olunmuş hərbi hissələrə baxış keçirib.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, əvvəlcə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb.

Məruzə olunub ki, hərbi hissədə şəxsi heyətin xidməti üçün bütün lazımi şərait yaradılıb.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi qeyd olunan ərazilərdə dislokasiya olunan digər hərbi hissələri ziyarət edib.

Bildirilib ki, hərbi hissələr müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə silah otaqları, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqələri, ərzaq və əşya anbarları, hamam-sanitar qovşaqları istifadəyə verilib. Ərazilərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Sonda Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.



Xəbər 3560 dəfə oxunub.





10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +