Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


07.08.2021  11:09 

Əfqanıstanda Talibanın “kölgə qubernatoru” məhv edildi





A+  A-

Əfqanıstan hərbçiləri “Taliban” hərəkatının “kölgə qubernatoru” Abid Mavlavini məhv etdiklərini elan ediblər.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində Nimroz əyalətində baş verib.

Əfqanıstan ordusunun 215-ci korpusunun öz tviter hesabında yaydığı bəyanata əsasən, ölkənin HHQ-nin Nimroz və Gilmənd əyalətlərində həyata keçirdikləri hava hücumları zamanı son sutkada Abid Mavlavi də daxil olmaqla 276 terrorist məhv edilib.

Bununla belə, “Taliban” hərəkatının nümayəndəsi Kari Yusif Əhmədi Abid Mavlaninin zərərsizləşdirilməsi barədə məlumatları təkzib edib.

Qeyd edək ki, hazırda ölkədə hökumət qüvvələri ilə “Taliban” hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə “Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir.

KİV-in məlumatına görə, “Taliban” artıq ölkənin bir neçə bölgəsinə nəzarəti ələ keçirib.

Xəbər 3629 dəfə oxunub.



08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +