7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


11.10.2019  09:07 

Bu şəhər kokain istifadəsinə görə Avropada lider oldu





A+  A-

London sakinləri gündəlik olaraq 23 kiloqram təmiz kokaindən istifadə edir. Bu da Britaniyanın paytaxtını Avropa ölkələri arasında reytinqdə lider edir.
XəzərNews.az-ın “Sky News”a istinadən məlumatına görə, Londonun Kral Kollecinin araşdırmasına əsasən Barselonada bu göstərici 12,74 kiloqram, Amsterdam və Berlində isə 4,62 kiloqram təşkil edir.

“İnterfaks” yazır ki, analizi meqapolislərdə axar suları araşdıran kriminalist alimlər aparıb. Onlar lidokain və benzokain qatqılarını nəzərə almadan məhz təmiz kokainin səviyyəsini ölçüb. Mütəxəssislərin qiymətləndirməsinə görə, londonlular ildə 8 tondan çox təmiz kokain istifadə edir.

Londonda kokain bazarı 1 milyard funt məbləğində dəyərləndirilir, bir doza 2,75 funta satılır. Kokainin qiyməti son illər ərzində dəyişməyib. Satılan kokain daha təmiz olub, nəticədə, daha güclü asılılıq yaradır.

Xəbər 3163 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +