Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi


12.05.2019  13:19 

Həftənin ilk iş gününə hava proqnozu





A+  A-

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Səhər bəzi yerlərdə duman olacaq, lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17° isti, gündüz 22-27° isti, Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə gün ərzində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti təşkil edəcək.

Xəbər 2903 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +