Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi


11.05.2019  12:19 

Türkiyə “S-400” sistemlərini almaqdan imtina edib?





A+  A-

Almaniyanın məşhur “Bild” qəzeti Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemlərini almaqdan imtina etdiyi ilə bağlı iddia irəli sürüb.
XəzərNews.az-ın xəbərinə görə, nəşr bu bəyanatla adı açıqlanmayan yüksək səviyyəli türkiyəli diplomata istinadən çıxış edib.

“Türkiyədə hökm sürən iqtisadi krizis prezident Rəcəb Tayyib Ərdoğanın düzgün aparmadığı xarici siyasətə görə daha da dərinləşir. Prezident Administrasiyasının açıqladığı kimi “S-400”lərin bu ilin iyulunda çatdırılma prosesi olmayacaq. Çünki belə bir satış Vaşinqtonun sanksiyalarına gətirib çıxaracaq və bu, mövcud lirə krizisində Türkiyənin iqtisadi baxımdan çöküşü mənasına gəlir”, - deyə diplomat bildirib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun isə tvitter mikrobloqunda xəbəri təkzib edərək “Bild”in redaktorlarından biri olan Julian Röpkeyə ismarış ünvanlayıb: “Hörmətli Julian Röpke, mənbələriniz yanılır. Məndən eşitmiş olun: “S-400”ün alışı tamamlanıb”.

Xatırladaq ki, Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemlərini almaq qərarı ABŞ-la gərginliyə səbəb olub. Amerika rəhbərliyi Türkiyəni sanksiyalarla hədələyib.

Türkiyə prezidenti daha öncəki bəyanatında “S-400” raket kompleksinin çatdırılması məsələsinin artıq həll olunduğunu qeyd edib: “Onları iyulda, hətta ondan da əvvəl ala bilərik”.

Xəbər 2820 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +