Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


10.03.2018  18:54 

Meşədə ölən kişini qohumları atıb qaçdı





A+  A-

Martın 3-də Şabran RPŞ-nə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə tapılan gəncin elektrik vurması nəticəsində öldüyü məlum olub.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Şabran RPŞ-in və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri ilə Elton Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyənləşib., Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq kustar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qohumları E.Əzimovun öldüyünü görərək onu meşəlik ərazidə atıb gediblər.

Keçirilmiş tədbirlərlə hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 3096 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +