Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


12.05.2017  10:36 

Müəllimənin ölümü ilə bağlı AÇIQLAMA





A+  A-

Xəbər verdiyimiz kimi, Qax rayonunda 51 yaşlı müəllimə Gülxar Qazıyeva insultdan vəfat edib. Əvvəlcə müəllimənin dərs zamanı halı pisləşdiyi bildirilsə də, sonrada mediada diaqnostik qiymətləndirilmə imtahanında həyəcandan vəziyyətinin dəyişdiyi barədə xəbər yayılıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Qax rayon Təhsil Şöbəsi İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Günay Mahmudova ilə əlaqə saxlayıb. G. Mahmudova bildirib ki, müəllimə 10 ilə yaxındır ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi və həqiqətən də dərs zamanı dünyasını dəyişib:

“Gülxar Qazıyevanın imtahan günü hələ sabahdır - mayın 13-ü. Ancaq müəllimənin halı dünən məktəbdə pisləşib, xəstəxanaya aparılıb. Riyaziyyat fənnini tədris edirdi. Hamı bilirdi ki, illərdir, yüksək qan təzyiqindən əziyyət çəkir. Ölümünün imtahanla heç bir əlaqəsi yoxdur. Mediada soyadı da yanlış gedib. Babayeva onun ata soyadıdır, sənəddə Qazıyevadır”.

Təhsil Nazirliyinin rəsmi saytında Gülxar Qazıyevanın şəxsi kabineti:

Xəbər 3546 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +