Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR


27.07.2018  15:28 

Daha bir idmançımız dopinqdə “ilişdi”





A+  A-

Daha bir Azərbaycanlı ağır atlet dopinqdə "ilişib”.
XəzərNews.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında məlumat verilib.

Azərbaycan ağırlıqqaldıranı Azər Məmmədlinin (105) qanında qadağan olunmuş preparat aşkarlanıb. Beynəlxalq Federasiyanın saytında bildirilir ki, Azərbaycan ağırlıqqaldıcısının analizində etiocholanolon (anabolik steroid) preparatı aşkar edilib. Nəticədə Azər Məmmədli bütün rəsmi yarışlarda iştirakdan məhrum edilib və bu məsələ ilə bağlı yekun qərar qəbul olunub.

Maraqlıdır ki, federasiya idmançıda dopinqin aşkarlanması barədə bir müddət əvvəl məlumat alıb. Bu səbəbdən A.Məmmədli millinin məşq etdiyi zaldan çıxarılıb. Amma AAAF bu barədə məlumatı gizli saxlamağa çalışırdı.

Xatırladaq ki, bundan öncəazərbaycanlı atletlər - Anastasiya İbrahimli, Hüseyn İsmayılov və İsa Rüstəmovun da dopinq testəri müsbət nəticə vermişdi.

Xəbər 3257 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +