Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


21.08.2023  10:11 

Prezident və xanımı Budapeştdə - FOTOLAR





A+  A-

Xəbər verdiyimiz kimi, avqustun 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Macarıstanın paytaxtı Budapeştə səfər ediblər.

XəzərNews.az xəbər verir ki, səfər Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə baş tutub.

Dövlət başçısı Budapeştdə bir sıra ölkələrin liderləri ilə görüşüb. Prezident və birinci xanım Budapeştdəki Milli Atletika Mərkəzində atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını izləyiblər. Daha sonra Macarıstanın Milli bayramı - Müqəddəs Stefan Günü münasibətilə ziyafət verilib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç də Budapeştdə olub.







Xəbər 2407 dəfə oxunub.




08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +