Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


03.07.2023  20:51 

Vərəm xəstələri ilə bağlı yeni layihəyə başlanıldı





A+  A-

“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ““Vərəmə qalib gəl” devizi altında elektron təşviqat marafonu vasitəsilə vərəm xəstələrinin sosial-tibbi və psixoloji reabilitasiyasına dəstək” layihəsinin icrasına başlayıb.

XəzərNews.az xəbər verir ki, layihə 3 ay davam edəcək.

Layihənin məqsədi “Vərəmə qalib gəl!” devizi altında keçiriləcək onlayn təşviqat marafonu vasitəsilə həssas qrupun nümayəndələri olan vərəm xəstələrinin sosial və psixoloji reabilitasiyasına dəstək verməkdir.

Layihə çərçivəsində vərəm xəstələrinin sosial-tibbi və psixoloji reabilitasiyasına dəstək məqsədilə “Vərəmə qalib gəl!” devizi altında elektron təşviqat marafonu keçiriləcək. Təşviqat marafonunda vərəm xəstələrinin vaxtında müalicə alması, xəsəliyin gizlədilməsinin gələcəkdə böyük faciələrə səbəb olması, bu virüs daşıyıcılarının cəmiyyətdən təcrid olunması qorxusunun aradan qaldırılması, onların psixoloji durumunun yaxşılaşdırılması təşviq ediləcək. Həmçinin vərəm xəstələrini müalicədən yayınmaqdan və stiqmadan çəkindirmək üçün maarifləndirmə işləri aparılacaq.

Layihə çərçivəsində müəllifi jurnalist, psixoloq və ya həkim–infeksionist (həkim pulmonoloq) olan “Vərəmə qalib gəl!” devizli maarifləndirici məqalələr hazırlanacaq və həkim-infeksionistdən, pulmonoloq və ya psixoloqdan alınan müsahibə xəbər saytları və sosial şəbəkələr vasitəsilə yayımlanacaq, sosial çarxlar çəkiləcək.

Xəbər 2421 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +