Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


05.07.2023  16:01 

Nazim Bəydəmirli həbs olundu





A+  A-

İyunun 4-də saxlanılan keçmiş deputat Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

XəzərNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən N. Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Rəsmi məlumatda deyilir ki, Nazim Bəydəmirli vətəndaş müraciəti əsasında saxlanılıb.

Qeyd edilib ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək, 50 min manat pul tələb etdiyini deyib. O, bu ilin il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Xəbər 2879 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +