Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


05.07.2023  12:24 

Məktəb direktoru vəzifəsi üzrə 400-dək vakant yer var





A+  A-

Bu günə qədər 10 minə yaxın namizəd direktorların işə qəbulu imtahanında iştirak edib. Onlardan iki min nəfəri imtahandan uğurla keçib.

XəzərNews.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Təhsil TV-də deyib.

Onun sözlərinə görə, hazırda məktəb direktoru vəzifəsi üzrə 400-dək vakant yer var:

“Direktorların işə qəbulu imtahanında əsas tələb ali təhsil üzrə pedaqoji təhsil və 5 ildən artıq pedaqoji stajdır. Şagird sayı 500-dən az olan məktəblərə direktorların işə qəbulu üzrə ilkin test imtahanı keçirilib. Növbəti həftələrdə həmin namizədlərin müsahibə mərhələləri regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. Şagird sayı 500-dən çox olan məktəblərdə isə müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Daha çox direktor təyinatı kiçik məktəblərə nəzərdə tutulur. Mövcud siyahıdan namizədlərə vakant yerlər təqdim olunur. İmtahanda iştirak edən namizədlər yalnız çalışdıqları region üzrə vakant yerlərə müraciət edə bilərlər. Əgər başqa ərazidə fəaliyyətlərini davam etdirmək istəyirlərsə, yalnız işlədikləri müddətdə iş yerinin dəyişdirilməsi üçün müraciət edə bilərlər”.

Xəbər 2729 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +