Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


13.04.2023  10:30 

Ekspert “Yüksəliş” müsabiqəsindən narazılıq etdi





A+  A-

Xəbər verdiyimiz kimi, aprelin 9-da “Yüksəliş” müsabiqəsinin sınaq imtahanı keçirilən zaman texniki problem yaranıb.

İştirakçıların imtahan portalına qoşulmasında məhdudiyyət yaranması səbəbindən sınaq imtahanının vaxtı dəyişdirilib. İmtahan portalına giriş yalnız bir neçə saatdan sonra mümkün olub.

XəzərNews.az xəbər verir ki, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az -a açıqlamasında deyib ki, bu cür nüfuzlu və cəmiyyətin diqqət mərkəzində olan, Prezident sərəncamı ilə gerçəkləşdirilən müsabiqənin yüksək səviyyədə​ təşkili üçün atılan addımlar yetərli olmayıb. Kifayət qədər vəsait ayrılmasına baxmayaraq, təşkilatçılar hazırlıq prosesini düzgün qura bilməyiblər:

“Düşünürəm ki, təşkilatçılar müsabiqənin onlayn resursunun dayanıqlığı və təhlükəsizliyi ilə bağlı öncədən İT təhlükəsizlik sahəsində səlahiyyətli qurumlara, peşəkar şirkətlərə müraciət etməliydi. Ciddi testlər olmalıydı. Maraq dairəsində olan bir müsabiqə olduğundan saytı kiberhücumlardan qorumaq üçün zəruri addımlar atılmalıydı. Baş verənlər isə onu göstərir ki, müsabiqənin əsas platforması olan saytın təhlükəsizliyinə yetərli diqqət göstərilməyib, öncədən testlər keçirilməyib və audit aparılmayıb. Bununla da dövlət əhəmiyyətli bir layihəni reallaşdırmaqda problemlər yaşanıb. Fikrimcə, səlahiyyətli qurumlar kiberhücumla bağlı məsələni da araşdırmalıdırlar. Ümid edirəm ki, təşkilatçılar məsul şəxslərdən hesabat tələb edəcəklər, məsələ araşdırılacaq və​ ​ təqsirkarlar barədə tədbir görüləcək”.


Xəbər 2487 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +