Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


19.12.2021  12:15 

“Legiya“nın baş məşqçisi: “Sənə ehtiyacımız var“





A+  A-

Polşanın "Legiya" klubunun yeni baş məşqçisi Aleksandr Vukoviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə görüşüb.

XəzərNews.az "Fanat.Az"-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis hücumçu ilə onun Varşava təmsilçisindəki gələcəyi haqqında danışıb.

Vukoviç komandada ona ehtiyacının olduğunu söyləyib. 24 yaşlı forvard görüşə müsbət reaksiya versə də, hələlik karyerası ilə bağlı qərar vermədiyini bildirib.

Baş məşqçi ilə söhbət oyunçunun yanaşmasını yaxşılaşdırıb. Hücumçunun ən azı mövsümün sonunadək "Legiya"da qalmaq ehtimalı var. Mənbə futbolçunun ailəsinin də məsələyə qarışdığını və onların Emreliyə görə narahat olduğunu yazıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.

Xəbər 3574 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +