Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


11.10.2019  16:25 

Yeni doğulan körpələr üçün müavinətlər elektronlaşacaq





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyaları üzərində qurulması işləri çərçivəsində növbəti addım kimi, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb.
XəzərNews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, bu elektron xidmət yeni doğulan uşaqlara şamil edilir. Bura əsasən valideynlərini itirmiş, şəhid və əlil övladları və s. daxildir. A. Kərimov qeyd edib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər işlədikləri halda onların iş yeri vasitəsilə ödəniləcək. Bizim əsas məqsədimiz vətəndaşları vaxt itkisindən azad etməkdir. Nazir müavini deyib ki, cari ildə doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.

Nazirliyin E- xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərovun sözlərinə görə, bu yeni birdəfəlik müavinət təyinatı oktyabrın 1-dən qüvvəyə minib. Yəni oktyabrın 1-dən doğulan hər bir uşağa şamil edilib. Əgər uşaq sentyabrda anadan olubsa, sənədləri gecikib oktyabrın 1-dən sonraya düşübsə, həmin uşaqlara da bu müavinətlər təqdim ediləcək. Həmçinin onu da əlavə edib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı hər iki valideyn işləmədiyi halda elektron qaydada həyata keçiriləcək. Doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət elektron qaydada təyin olunacaq.

Xəbər 3346 dəfə oxunub.




09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +