Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi


17.09.2018  11:09 

“Şərəf lövhəsinə şəkli 20 manata vururlar” - Valideyndən iddia





A+  A-

Valideyn Zülfüqar Süleymanov Xırdalan şəhər 2 saylı tam orta məktəbdə şərəf lövhəsi üçün pul yığıldığını iddia edib.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən Z. Süleymanov 20 manat ödəmədiyi üçün övladının şəklinin şərəf lövhəsinə vurulmadığını qeyd edib:

“Bu Şərəf lövhəsində Uğurumun da şəkli olmalı idi. Lakin bunun üçün 20 manat ödəməli olduğuma görə imtina etdim (pula görə yox). Şərəf lövhəsinin də pul ilə satılması şərəfsizliyin təməlidir”.

“Qafqazinfo” məsələylə bağlı məktəbin direktoru Ədalət Camalova ilə əlaqə saxlayıb. Direktor bildirib ki, şəfər lövhəsi son qiymətləndirməyə əsasən may-iyun aylarında yenilənib. Bunun üçün isə şagirdlərdən heç bir ödəniş tələb olunmayıb:

“Tədris ili hələ yeni başlayıb. Biz kimdənsə pul tələb etməmişik. Ötən ilin qiymətlərinə görə əlaçıların şəkilləri isə dərs ilinin sonunda şərəf lövhəsinə yerləşdirilib”.

Xəbər 3502 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +