Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


26.07.2021  15:09 

Əfqanıstanda dinc əhali arasında qurbanların sayı artır





A+  A-

Əfqanıstanda 2021-ci ilin ilk yarısında həlak olan və yaralanan dinc sakinlərin sayı rekord səviyyəyə çatıb.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumat BMT-nin Əfqanıstana yardım missiyasının (UNAMA) hesabatında yer alıb.

Hesabata əsasən, dinc əhali arasındakı qurbanların sayı 5183 nəfər (1659 ölü və 3254 yaralı) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur.

Dinc əhaliyə qarşı zorakılıq halları may ayında xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxması fonunda artıb.

Bildirilir ki, Əfqanıstanda zorakılıq əhəmiyyətli dərəcədə azaldılmazsa, 2021-ci ildə dinc əhali arasında qurbanlarla bağlı ən yüksək göstəricilər qeydə alınacaq.

Qeyd edək ki, hazırda ölkədə hökumət qüvvələri ilə “Taliban” hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə “Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir. KİV-in məlumatına görə, “Taliban” artıq ölkənin 100-dən çox bölgəsinə nəzarəti ələ keçirib.

Xəbər 3401 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +