Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


23.07.2021  12:23 

İntihar xəbəri nə qədər çox verilirsə, o qədər də artır - Psixoloq





A+  A-

"Xarici ölkələrin təcrübəsinə əsasən, nə qədər çox intihar xəbəri verilirsə, intiharlar da artır. Bu bizdə də belədir".
XəzərNews.az-ın məlumatına görə, bunu psixoloq Orxan Farəcli "Medianın psixi sağlamlıqda rolu" adlı təlimdə bildirib.

O. Fərəcli qeyd edib ki, zaman-zaman intihar tezliklərində dəyişim müşahidə olunur:

"Təcrübələr göstərir ki, müharibə dövründə intiharlar azalsa da, müharibədən sonra artır. 100-dən çox ölkədə aparılan tədqiqatlar göstərir ki, intihar "yoluxucudur".

Ona görə də intihar xəbərləri verilərkən detallara girilməməlidir.

İntiharın metodu və yerini göstərmək, intihar məktubunun məzmununu paylaşmaq, intiharı cazibədar və romantikləşdirmək olmaz. Mütləq intihar səbəbini sadələşdirmək və ya spekulyasiya etmək lazımdır".

O deyib ki, bütün intihar cəhdləri ciddi qəbul olunmalıdır: "Əgər cəhd özünəqəsdlə nəticələnməyibsə və şəxsin həyatı qurtarılıbsa, bunu xəbərə çevirmək olmaz".

O. Fərəcli bildirib ki, suisid zamanı kişilər qadınlarla müqayisədə daha qəddar üsullara əl atırlar.

Xəbər 3192 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +