Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


03.10.2020  23:48 

Madagiz “Qarabağın açarı” hesab olunur - Açıqlama





A+  A-

Madagiz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar vilayətində Ağdərə rayonunun inzibati ərazisinə aid idi. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu Tərtər və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Madagiz kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Düşmən bu istiqamətdən Tərtəri artilleriya atəşinə tuturdu. Bu ərazi strateji baxımdan “Qarabağın açarı” hesab olunur. Çünki Murovdağ silsiləsinin cənub yamacı ilə Sərsəng gölünə yol buradan keçir. Madagizin alınması ilə Murov, Kəlbəcər, Tərtər yolu tamamilə kəsilir və Ağdam şəhərinin azadlığına yol açılır.
XəzərNews.az xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov “ATV Xəbər”ə açıqlamasında Madagizin strateji əhəmiyyətindən danışıb.

O bildirib ki, Madagizdə çoxlu düşmən ehtiyatları, texnika, idarəetmə məntəqələri var idi:

“Madagiz çox vacib bir istiqamətdi: həm Ağdərə, həm Sərsəng, həm də Kəlbəcər istiqaməti üçün. Oradan gələn yol nəzarət altında olur. Həm taktiki, həm strateji, həm əməliyyat cəhətdən çox vacib mövqedir. Çox vacib yaşayış məntəqəsidir. Bu yaşayış məntəqəsi Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsinə və ətraf əraziləri nəzarət altında saxlamağa çox böyük imkan yaradır”.

Xəbər 4452 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +