Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


02.10.2020  17:42 

Yol polisi vətəndaşlara müraciət etdi





A+  A-

“Bakı şəhərində 21:00-dan ertəsi gün səhər saat 06:00-dək komendant saatı tətbiq edildiyindən təkarən bildiririk ki, komendant saatının qüvvədə olduğu müddətdə hər bir hərəkət iştirakçısı xidməti vəsiqə və ya “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkət etməlidir”.
XəzərNews.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

"Məlumat üçün qeyd edirik ki, komendant postlarına giriş-çıxış edən hər bir hərəkət iştirakçısı əvvəlcədən gedəcəkləri ünvana olan məsafəni və vaxtı nəzərə alıb komendant saatı başlayanadək və yaxud işini başa çatdırmayan, eləcə də komendant saatı dövründə xüsusi icazəsi və ya şəxsiyyət vəsiqəsi olmadığı halda qaldıqları (olduqları) ünvanı tərk etməməsi tövsiyə olunur.

Eyni zamanda komendant saatının tələbi pozulursa, vətəndaş, sürücü, sərnişin müddət bitənədək ərazi polis orqanlarında saxlanılır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsin əsasən barəsində inzibati tənbeh tədbiri həyata keçirilir.

Təkrarən bildiririk ki, fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək cərimə oluna bilərlər.

Bir daha tələblərə uyğun hərəkət etməyinizi əvvəlcədən xahiş edirik".

Xəbər 3467 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +