Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


09.01.2019  19:14 

Üç nəfərin həlak olduğu partlayışla bağlı cinayət işi açıldı





A+  A-

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq bu gün səhər Yasamal rayonunda baş verən partlayışla bağlı birgə məlumat yayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, birgə açıqlamada qeyd olunub ki, yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin, rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib, yanğın söndürüldükdən sonra ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib və digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Hadisə yerinə baxış zamanı müəyyən edilib ki, partlayış nəticəsində həmin ünvanda yaşayan Aydın Məmmədov, arvadı Xuraman Məmmədova və qızı Aygün Məmmədova aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Baxış zamanı həmçinin, fərdi yaşayış evinin yataq otağında divarda yerləşdirilmiş evi qızdırmaq üçün istifadə edilən, nəzarət kranları açıq vəziyyətdə olan 1 ədəd qaz sobası aşkar edilib.

İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib. Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə tibbi, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin olunub.

Hazırda təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3135 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +