Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


24.08.2018  20:17 

Bakıda zibil qutusundan baltalanmış əl tapılıb - Kriminal avtoritetin ola bilər





A+  A-

Ötən bazar günü Suraxanı rayonunun Bülbülə qəsəbəsində zibil qutusunda kəsilmiş kişi əli tapılıb.
XəzərNews.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kişinin sağ əli kəsilib.

Bədən üzvünə baxış zamanı əlin balta vasitəsilə kəsildiyi müəyyən edilib. Ekspertlər əlin üzərində döymə aşkarlayıblar. Döymədə nərd oyunu zamanı istifadə edilən 5 nöqtəli zər təsvir olunub. Kriminal aləmdə belə döymələr onun sahibinin həbsxana müddətini təkadamlıq kamerada keçirdiyini ifadə edir. Lakin barmaq izlərinin olduğu məlumat bazasında aparılan araşdırmalar kriminalistlərə heç bir ipucu verməyib. Böyük ehtimalla qətlə yetirilmiş şəxs əvvəllər Rusiyada, ya da digər MDB ölkəsində həbsdə yatıb.

Hüquq müdafiəçisi, penitensiar sistem üzrə mütəxəssis Eldar Zeynalov bildirib ki, kriminal dünyanın qanunlarına görə, adətən təkadamlıq kamerada cinayətkar avtoritetlər oturur. Onları hətta digər cinayətkarlardan da təcrid edirlər. Eyni zamanda, təkadamlıq kameralara o adamları yerləşdirirlər ki, onların qaydaları pozmaq təhlükəsi var, yaxud da onların şəxsi həyatı təhlükə altındadır.

İstintaq-əməliyyat qrupu, hələlik bədənin tapılmış hissəsi əsasında nəsə deməyə çətinlik çəkir. Cinayətin tam mənzərəsinin aydın olması üçün onlar bədənin digər hissələrinin də tapılmasını gözləyirlər.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Xəbər 2859 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +