Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


24.08.2018  13:21 

Eks-prezidentin həbs müddəti artırılıb





A+  A-

Cənubi Koreyanın keçmiş prezidentinin həbs müddəti artırılıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, prokurorluğun apellyasiya protestinə baxan Seul Ali Məhkəməsi Pak Kın Xenin həbs müddətini 1 il də artıraraq 25 ilə çatdırıb və cəriməni 20 milyard vona qədər (17,8 milyon dollar) yüksəldib.

Eks-prezident özü isə prosesə etibar etmədiyi üçün məhkəməyə gəlməkdən imtina edib.

Xatırladaq ki, Cənubi Koreyada korrupsiya qalmaqalı 2016-cı ilin oktyabrında başlayıb. Məlum olub ki, iri Koreya şirkətləri, o cümlədən Samsung hökumətdən aldıqları dəstək qarşılığında prezidentin rəfiqəsi tərəfindən yaradılan fonda küllü miqdarda pul köçürüblər.

Pak Kın Xenin rəfiqəsi heç bir dövlət postu tutmamasına baxmayaraq, prezident administrasiyasının işlərinə müdaxilə edə bilib.

Xəbər 3064 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +