Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


21.08.2018  10:27 

Qurbanlıq heyvanların satılacağı yerlər dezinfeksiya edildi





A+  A-

Avqustun 20-si axşam saatlarında Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbiri başa çatdırılıb.
XəzərNews.az-a daxil olan məlumata görə, profilaktik dezinfeksiya tədbiri Qida Təhlükəsizliyi Agentliyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə icra olunub.

Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilib.

Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə “DUK” maşınları ilə güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb.

Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.

Xəbər 3042 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +