Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


11.04.2018  11:45 

ATƏT missiyasının rəhbərindən səsvermə ilə bağlı açıqlama





A+  A-

“Martın 9-dan Azərbaycanda işləyirik. Seçki öncəsi vəziyyəti müşahidə etdik. Bu gün səsverməni müşahidə edirik və aprelin 24-nə kimi səsvermədən sonrakı fəaliyyətləri izləmək üçün burada olacağıq”.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Koryen Yonker deyib. O, 13 nəfərlik analitik qrupla birlikdə çalışdıqlarını söyləyib: “Bu gün beynəlxalq seçki müşahidə missiyamıza 350 müşahidəçi daxildir. Onlar ölkə üzrə müşahidə aparırlar. Sabah mətbuat konfransı keçirəcəyik və indiyə kimi olan müşahidələrimizi açıqlayacağıq. İki aydan sonra isə final hesabatımız olacaq”.

K. Yonker qeyd edib ki, DTİHB həmişə eyni metodologiya ilə işləyir: “Bütün üzv ölkələrdə eyni şəkildə müşahidə aparırıq. Biz dövlət rəhbərliyi ilə, siyasi partiyalarla, namizədlərlə, seçki administrasiyası, ənənəvi və müxalif media ilə görüşürük. Bütün müşahidələri bir hesabat şəklinə salırıq”.

Xəbər 3097 dəfə oxunub.




08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +