Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


22.11.2017  17:51 

Keçmiş işçisi mağazanı soydu





A+  A-

Noyabrın 20-də Astara rayonunun Pensər kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, 193 manat pul və 425 manat dəyərində danışıq kartları axşam saatlarında oğurlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri tədbirlərlə oğurluğun əvvəllər həmin mağazada işləmiş şəxs tərəfindən edilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə kənd sakini Saleh Nəhmətov şübhəli şəxs qismində saxlanılıb.

Axşam vaxtı arxa pəncərənin dəmir barmaqlığını qıraraq mağazaya daxil olduğunu bildirən bu şəxs oradan pul və siqaret oğurladığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər 3124 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +