Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi


21.11.2017  15:23 

Mərkəzi Bankın valyuta ehtiyatları 42 milyard dolları keçdi





A+  A-

“Dünyada ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə artıb. Təkcə bitkiçilik deyil, heyvandarlıq məhsullarının da qiymət artıb. Ona görə də bu il inflyasiyanın yüksək olacağı gözlənilirdi”.
XəzərNews.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin iclasında 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, 2017- cilin iqtisadi quruculuq tarixində makroiqtisadi sabitliyin bərqərar olması, postneft dövrünə keçidin başlanğıcı kimi bir sıra amillərlə yadda qalacaq.

“Neftin qiymətini 3 dəfə aşağı düşməsi, ümumi məhsulun 50 faiz dəyərindən çox həcmində ixrac potensialının itirilməsi istənilən iqtisadi sistem üçün çox ciddi çağırışdır. Monetar və fiskal siyasətin əlaqələndirilməsi, çevik məzənnə rejiminə keçid ölkənin xarici tədiyyə balansının tarazlaşdırılmasına şərait yaradıb. Tədiyyə balansında profisit cari ildə bərpa olunub. Mərkəzi Bankın ehtiyatları 42 milyard ABŞ dollarını ötüb. Manat ilin əvvəlindən 4 faiz , fevral ayından isə 6, 5 faiz möhkəmlənib. Hazırda bank aktivləri 20 faizdən çox olsa da biz kredit aktivliyini artmasını müşahidə etmirik.

Cari ildə kreditlərin verilməməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Neft Fondundan büdcəyə gəlir 3 dəfə azaldılıb. Manatla pul bazası 11 faizdən çox artıb. Mərkəzi Bank iqtisadiyyata kifayət qədər pul verib. Milli valyutada yığımları dəstəkləmək üçün cari ildə uçot dərəcəsi dəyişməyib. Sərt xarici şok baş vermədiyi halda valyuta bazarında sabitlik qorunacaq”.

Xəbər 3506 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +