Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı
“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı


21.11.2017  10:37 

Evə baxmağın qiyməti 900 min dollardır





A+  A-

Dünyada əmlak qiymətlərinin ən baha olduğu şəhər olan Honq Konqda evə baxmaq belə pulludur.
XəzərNews.az xəbər verir ki, şəhərin mərkəzində, plazaların yüksəldiyi bölgədə yeni inşa edilən "Viktoriya Harbor" kompleksində evlərə baxmaq istəyənlər 900 min dollar ödəməyə məcburdur.

"CNN Money"in xəbərinə görə, kompleksin sahibləri ev almaq istəyənlərdən ona baxmaq üçün 7 milyon Honq Konq dolları (900 min ABŞ dolları) tələb edir. Depozit olaraq ödənilən bu məbləğin bir hissəsi müştəri evi almadıqda geri qaytarılır, qalanı ödənilmir. Müştəri evi gəzmək üçün 90 dəqiqə vaxt verilir. Depoziti ödəyənlər daha sonra evləri almaq üçün hərracda yarışır.

"Viktoriya Harbor" kompleksi şəhərin ən böyük daşınmaz əmlak milyarderlərindən olan Sun Hunq Kai Properties tərəfindən tikilib. Sahəsi 1200-1600 kvadrat metr olan evlərin qiyməti açıqlanmır. Amma eyni bölgədəki bənzər evlərin qiyməti 8,5 milyon dollardan satılır.

Xəbər 3219 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +