Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


04.12.2022  18:49 

Ukraynalı blogerin evinə “Molotov kokteyli” atılıb





A+  A-

Ukraynalı bloger Sofiya Stujukun Latviyadakı evinə “Molotov kokteyli” atılıb.

XəzərNews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Həmin yerdə bloger müşahidə kameralarından hadisə anını lentə alan videonu da yayıb.

Səhər saat üç radələrində naməlum şəxslər Stujukun yaşadığı evə hücum ediblər. Qız bildirib ki, həmin gecə evdə ondan başqa qohumları, o cümlədən beş uşaq olub.

Bloqqer yata bilmədiyi üçün şanslı olduğuna inanır. Əks halda ev, qaraj, içindəki avtomobillər və digər əmlak yanacaqdı.

Qız hücumun videosunu araşdırma aparacaq hüquq-mühafizə orqanlarına təhvil verib.

Sofiya Stujuk Ukraynadan olan məşhur bloggerdir, onun İnstaqramda (Rusiyada qadağandır) 5,2 milyon izləyicisi var. Yazda Latviyaya köçən bloger hər şeydə Ukrayna hakimiyyətinin siyasəti ilə razı deyil. Bu səbəbdən ukraynalılar qızı “satqın” hesab edərək sosial şəbəkələrdə onun ünvanına təhdidlər dərc etməyə başlayıblar. Bu yaxınlarda İnternetdə Sofiyanın Latviyada yaşadığı dəqiq ünvan ortaya çıxıb.

Hacı
XəzərNews.az


Xəbər 2498 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +