Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


23.01.2022  14:16 

Ukrayna böhranı: Səhnə arxasındakı “pıçıltılar” – TƏHLİL





A+  A-

Ukrayna böhranının qlobal tərəflərinin strateji baxışının mayasını o təşkil edir ki, bu münaqişədən maksimum qazanclı çıxmaq üçün diplomatik tərzi sərtləşdirsinlər.

Diplomatik təmaslar nəticə verməsə, qlobal səhnəyə müharibə ssenarisi gələcək, amma qarmaqarışıq və həssas situasiya döyüşlərin hansı perspektiv açacağını da sual altına qoyur.

Məqsəd və vasitələri, strateji hədəfləri riyazi dəqiqliklə ölçüb-biçmək çətindir, məsələni qəlizləşdirən isə səhnə arxasındakılarının “pıçıltıları”dır.

İndi Ukrayna ətrafında yaranan gərginlik bir-birinin qulağına pıçıldayan strateqlərin oyun nişanələrini siyasi üfüqlərdə müşahidə edilə biləcək səviyyədə nümayiş etdirir.

Ukrayna böhranı həm də digər gücün zəifləməsinə yönələn cəhdlər konsepsiyasıdır.

Ukrayna münaqişəsindən bəhs edərkən Çin amilinə toxunmamaq oyun qaydalarının qat-qat dərində yatan mahiyyətini gün işığına çıxarmayacaq.

Öncəliklə qeyd edək ki, Çin həm ortamüddətli, həm də uzunmüddətli prioritetlərini təyin edən oyunçudur.

Ancaq nədənsə onun prioritetlərinin mərkəzində dayanan məzmunu oxumaq digər qlobal oyunçular üçün çətindir.

Çinin strateji vizyonu “Bir kəmər, bir yol” təşəbbüsündə öz əksini tapır, Pekin Ukraynanı bu layihədə əsas tranzit potensialına malik ölkə kimi dəyərləndirir. Yəni Çin Avropa ilə iqtisadi əlaqələrinin həcmini genişlətmək üçün Ukraynadan yararlanmaq istəyir, bununla da yaranacaq yeni alətlərlə ekspansiyasını genişləndirməyi hədəfləyir.

Çinin iqtisadi mexanizmlərlə ekspansiyasının qarşısına Qərbdə iki əsas güc çıxır – Britaniya və ABŞ.

Ukrayna münaqişəsinin hərbi eskalasiya həddinə çatması, Qərbin strateji planlarına daxildir, çünki bu müharibə digər gücləri çökdürmək üçün sanksiya dalğasının yaranmasına səbəb verər.

Çin isə “mehriban düşmən” münasibətində olduğu Rusiyaya Ukrayna məsələsində “yaşıl işıq” yandırır, çünki Pekində bu fikir hakimdir ki, Rusiya Ukraynanı işğal etsə, bu, Çin üçün əlavə imkanlar açacaq.

Çin hazırki böhranın ABŞ və NATO-nun genişlənmək aləti üçün əsaslar yaradan ideyalardan qaynaqlandığını bilir və atılan “daşların” öz bostanına da düşəcəyindən qorxur.

Bu qorxunu dərinləşdirən digər amil isə böyük planın bir hissəsi kimi görünən Tayvan mövzusunda Qərbin Çini öz orbitinə sıxışdırmaq cəhdləridir.

Buna görə də, Rusiya-Çin “müttəfiqliyi” belə situasiyada “müqəddəs akta” çevrilir.

Ukrayna indi böyük bir kitabın yalnız bir neçə səhifəsini əhatə edir, sonrakı səhifələrin yazılması isə Qərb-Rusiya-Çin qarşıdurmasının hansı səviyyədə qurulacağından asılıdır.

Bu fikirlərlə yola çıxsaq, hədəflərə dair aşağıdakı nəticələri çıxara bilərik:

1. Ukraynada müharibə başlasa, Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar Çini də hədəf taxtasına gətirəcək. Bu, Çini öz tərəzisinin gözünü Qərbə tərəf əyməsi üçün təzyiq vasitəsidir.

2. Çinin tutacağı mövqe yeni eskalasiya yollarını formalaşdıracaq və iqtisadi-siyasi təcridin miqyasını müəyyənləşdirəcək.

Aqşin Kərimov


Xəbər 2869 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +