Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


12.01.2022  22:04 

NATO hara, İslamla mübarizə hara?





A+  A-

Bax belə. Fransanın bir nömrəli millətçisi NATO-nu islamçılarla mübarizəyə çağırır...

Bu ilin aprelində Fransanın növbəti prezidenti olmağa hazırlaşan millətçi, irqçi və islamofob “Milli Birlik” partiyasının lideri Marin Le Pen BFMTV telekanalının efirində çıxışı zamanı İslam əleyhinə danışıb. O, bu dəfə biraz da irəli gedərək hətta NATO-nu da İslam dininin tərəfdarları ilə mübarizəyə səsləyib.

Radikal İslam tərəfdarlarını müasir dünyamız üçün əsas təhlükə mənbəyi kimi görən bu xanım siyasətçi hesab edir ki, NATO alyansı üzünü islamçılarla mübarizə aparmaq istiqamətinə çevirməli və bunun üçün öz fəaliyyətinə yenidən baxmalıdır.

Sitat:
“Mən hesab edirəm ki, ilk növbədə NATO-nun istiqamətini islam fundamentalizmi ilə mübarizəyə dəyişmək lazımdır. Niyə? Ona görə ki, islam fundamentalizmi hazırda dünya üçün ən böyük təhlükədir".

Ancaq xanım M.Le Pen unudur ki, dinlərə qarşı (indiki halda İslama qarşı) mübarizə NATO-nun missiyasına daxil deyil.

Bu gün Fransa və Almaniyanın öncüllük etdiyi Avropa Birliyi və onların əsas güvənc yeri olan NATO az qala hamıya meydan oxuyan Rusiyanın aqressiv siyasətinin qarşısını almağı bacarmır. Ukraynanı müharibə ilə hədələyən Putinə kimsə "dur!" sözünü deyə bilmir, bunlar isə İslama qarşı mübarizədən danışırlar...

Belə güclüsünüzsə, buyurun, Rusiyanın başlatdığı "İkinci Soyuq müharibə"yə qarşı mübarizə aparın. İslamı yalandan "xoxan" obrazında göstərib özünüzə mifik düşmən axtarmayın.

P.S.
Əslində "islam fundamentalizmi" deyilən bir gerçəklik yoxdur. Bu Qərbin özünün (o cümlədən də Fransanın) uydurmasıdır. Qərb uzun illər boyu məqsədyönlü şəkildə radikal-terrorçu qruplaşmalar yaradıb, onları İslam dinini və müsəlmanları gözdən salan fəaliyyətlərə təşviq ediblər. Adını da qoyublar "İslam fundamentalizmi". Yəni islam təməlçiliyi...

P.P.S.
Yeri gəlmişkən, Fransanın digər iki əsas millətçisi - Erik Lemmur və Valeri Pekress kimi bu qatı İslam düşməni Marin Le Pen də Putinin əlini öpməyə hazırdır. Bəzi iddialara görə, ötən seçkidə Kreml hətta onun seçki kampaniyasına gizli şəkildə maliyyə dəstəyi də verib.

Bəybala Mirzəyev

Xəbər 3250 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +