Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


14.09.2019  16:49 

Polisdən cərimələrlə bağlı növbəti - Açıqlama





A+  A-

“Paytaxtda avtomobilləşmənin sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizliyin əsas şərti yol mədəniyyəti – sürücü, piyada məsuliyyətidir. Yollarda qarşılıqlı məsuliyyət, piyada-sürücü, sürücü-piyada münasibətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilir. Əvvəlki illərdən fərqli olaraq, paytaxt yollarında piyada intizamının güclənməsində konkret nəticələr var. Bunu nəzərə alaraq, post-patrul xidmətindən yol polisinə ezam olunan əməkdaşlardan təşkil olunan naryadların fəaliyyətinə xitam verilməklə, əvvəlki iş yerlərinə qaytarılıb. Piyadalarla bağlı inzibati xəta tərkibi yaradan halların azalması zərurətindən irəli gələrək piyadalara qarşı profilaktiki tədbirlər yol polisinin piyada naryadları tərəfindən icrası davam etdirilir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

Onun sözlərinə görə, yollarda müşahidə olunan sosial-neqativ hallar – piyada keçidlərindən istifadə etmədən, “tələsirəm” deyib, öz həyatına, sürücülərin hüquqlarına ehtiyatsız yanaşmanın fəsadları cəmiyyətə məlumdur:

“Bu fəsadlara səbəb olan yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi və maarifləndirmə hər bir hərəkət iştirakçısından da asılıdır. Hər bir hərəkət iştirakçısı bilməlidir ki, ani ehtiyatsızlıq, etinasızlıq böyük faciələrə səbəb olur. Dəyərmi, doğmalarımızın göz yaşına? Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl etməliyik ki, doğmalarımız gözü yaşlı qalmasın. Mütamadi olaraq, statistikanı yayırıq ki, sürücü, piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol! Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir: “Yol qaydalarına əməl edin, əks təqdirdə...”

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, əhalinin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir”.

Xəbər 2771 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +