Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


06.02.2018  17:34 

Məzahir Pənahovdan mətbuata ÇAĞIRIŞ





A+  A-

“Azərbaycan ictimaiyyəti kifayət qədər savadlı, intellektualdır. Bu il Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Ölkədə bu seçkiyə maraq böyükdür”.
XəzərNews.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın növbədənkənar Prezident seçkiləri ilə bağlı keçirilən iclasında deyib.

O bildirib ki, seçkilərdə Seçki Məcəlləsinin və Konstitusiyanın tələblərinə zidd hər hansı hadisə baş verə bilməz:

“Hər hansı problem olarsa, MSK dərhal araşdırma aparacaq. Biz məsələləri daha çox namizədin xeyrinə həll etməyə çalışırıq. Seçkilərə diqqətli yanaşmalıyıq. İnanıram ki, Kütləvi İnformasiya Vasitələri də bu seçkini lazımınca işıqlandıracaq. Media vasitələri millətin avanqard qrupudur. Ölkədə baş verən proseslər onların vasitəsilə işıqlandırılır. Əgər hər hansı media orqanı dövlətə xidmət edirsə, burada problem ola bilməz. Müdaxilə etməyə cəhd edənlər ola bilər. Biz bir yerdə olmalıyıq”.

Xəbər 3063 dəfə oxunub.



04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +