ABŞ prezidenti mənə evakuasiya təklifi etdi - Zelenski
Avqustda 39 kiberhücum müəyyən olunub
Putin və Zelenski danışıqlara hazır deyillər - Tramp
Yeniyetmə su kanalında boğulub
Generalın oğlu İngiltərədə şirkət açdı - Foto
Kreml Azərbaycan diasporalarını “özəlləşdirir“ - ŞƏRH
Peskov prezidentlərin salamlaşmasını şərh etdi
Bakıda saxlanılan erməni məhbus intihara cəhd edib?
17 yaşlı qızın toyu ləğv edildi... - 32 yaşlı kişi ilə...
Prezidentin təyyarəsinə PUA təhlükəsi olub?


09.10.2017  17:19 

İnsanların ən çox yoluxduğu xəstəlik





A+  A-

Bronxit – tənəffüs orqanlarının iltihabi xəstəliyidir.
XəzərNews.az Medicina.az-a istinadən xəbər verir ki, bu zaman bronxlarda patoloji proseslər başlayır. Xəstəlik uşaqdan yaşlıya kimi heç kimə güzəştə getmir.

Bronxiti yaradan səbəblər:

Kəskin bronxiti virus və bakteriyalar törədir. Çox vaxt qrip virusları, adenoviruslar, pnevmokoklar, streptokoklar, hemofial çöplər və s. bakteriyalar. Nadir hallarda bronxit göbələk və toksiki maddələrdən qaynaqlanır.

Yoluxma yolu – hava damcı – infeksiyalı insanın tüpürcək damcılarının nəfəs yollarına düşməsidir.

Kəskin bronxitin xroniki bronxitə keçməsində siqaretin rolu çoxdur. Zəif immun sistemi, çirklənmiş hava və zərərli iş yeri də bronxiti asanlaşdırır.

Bronxitin 2 növü var:

-Kəskin – bronxların selikli qişasının diffuz iltihabi prosesidir. Öskürək zamanı ölçüsü artır.
-Xroniki bronxit – bronxların sekresiya aparatında iltihabi proseslər görülür. Bronxların öz-özünü təmizləmə funksiyası pozulur. 3 aydan 2 ilə kimi öskürək davam edir.

Əsas əlamətləri:

Təbii ki, öskürəkdir. Kəskin bronxitdə öskürək və qıcıqlanma bir neçə həftədən 2-3 aya kimi çəkə bilər. Xəstəlik soyuqlama və yüksək hərarətlə də biruzə verilə bilər. Orqanizm özünü müdafiə üçün bronx yollarındakı bəlğəmi xaric edir. Uşaqlarda bəlğəm yaşıl sarı rəngdə olur, bu da bakterial infeksiyanın əlamətidir. Əgər bəlğəm ağ və şəffaf olsa, deməli bakterial deyil. Yaş öskürək xəstəni rahatladır, çünki bronxları tutan möhtəviyyat azalır. Əgər bəlğəm irinlidirsə, deməli, immunitet çox aşağıdır.

İnfeksion bronxitin simptomları isə bunlardır:

-Quru öskürək, döş qəfəsində ağrılar, tənəffüsün ağırlaşması
-Hərarətin qalxması, yorğunluq, əzginlik
-Tənəffüsü dinləyərkən xırıltı
-Qanın analizində infeksiyanın olmaması

Allergik bronxit isə mütləq allergenlə təmasdan sonra baş qaldırır: toz, bitki, ətir, tüstü, yun və s.

Daha çox yayılmış kəskin bronxitin əlamətləri:

-Kəskin öskürək, əvvəl quru, sonra yaş
-Hərarət
-Tərləmə
-İş qabiliyyətinin azalması
-Ümumi zəiflik
-Yatarkən xırıltı
-2-3 həftə davam edən xəstəlik

Bronxiti ev şəraitində müalicə etmək və ya keçib getməsini gözləmək olmaz. Mütləq həkimə gedib, müayinə olunmaq, bronxitin növünü dəqiqləşdirmək və qan analizi vermək lazımdır. Bronxiti düzgün və vaxtında müalicə etmədikdə bronxial astmaya çevrilə bilər.

Evdə çoxlu maye qəbul etmək, yataq rejimində olmaq və bəlğəmin daha tez və çox çıxmasını təmin etmək lazımdır. Bəlğəmgətirici dərmanları həkim təyin etməlidir. Pnevmaniyanın qarşısını almaq üçün antibiotik müalicəsi yazılır.

Xəbər 3444 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu


BÜTÜN XƏBƏRLƏR +