Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


28.02.2019  08:46 

Rusiyadan Pakistan və Hindistana çağırış





A+  A-

Rusiya Pakistanla Hindistan arasında yaşanan gərginliklə bağlı açıqlama yayıb.
XəzərNews.az TRT-yə istinadən xəbər verir ki, Kremlin sözcüsü Dimitri Peskov Rusiyanın gərginliyə görə dərin narahat olduğunu bildirib və tərəfləri təmkinli olmağa çağırdı.

O, regiondakı prosesləri yaxından izlədiklərini deyib.

Qeyd edək ki, Hindistan ilə Pakistan arasındakı gərginlik iki həftə əvvəl artmağa başlayıb. Hindistanda fevralın 14-də paramilis dəstəyini hədəf alan bombalı hücumda 45 əsgər həlak olub, 20 əsgər yaralanıb. Yeni Dehli rəhbərliyi hücumla bağlı Pakistanı günahlandırıb. Hücumu qınayan Pakistan isə ittihamları rədd edib.

Hindistan daha sonra fevralın 26-da Kəşmir Nəzarət Xəttinin Pakistan tərəfindəki “Ceyş-i Məhəmməd” təşkilatına məxsus düşərgəyə hava hücumu təşkil edib.

Pakistan buna cavab olaraq dünən səhər saatlarında hava məkanını pozduqlarını səbəb göstərərək Hindistana məxsus iki qırıcını vurub. Bunun ardınca isə Hindistan Pakistanın təyyarəsini vurub.

Hazırda yaşanan hadisələrə görə Pakistan hava limanlarını bağlayıb, uçuşlar ləğv edilib.

Xəbər 2867 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +