Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO
Deputat istefa verdi, bütün rəhbər heyət getdi
Tanınmış ssenarist vəfat etdi -FOTO
Ceyhun Bayramov Marta Kos ilə görüşüb
Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı


28.06.2017  18:02 

İki ərəb ölkəsi arasında gərginlik artır





A+  A-

Qətər Körfəz üzrə qonşularını nəqliyyat əlaqələrini bərpa etmək barədə müzakirələrdən imtinaya görə pisləyib.
XəzərNews.az BBC-yə istinadən xəbər verir ki, Şeyx Məhəmməd əl-Tani deyib ki, belə mövqe beynəlxalq prinsiplərə ziddir.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edirlər. Qətər ittihamları rədd edir.
Ötən cümə günü sanksiyaların ləğvi üçün Qətərə 13 bənddən ibarət tələblər siyahısı təqdim olunub.

Bu arada sanksiyalar Qətərə artıq təsirini göstərməkdədir. Neft və qazla zəngin ölkə 2,7 milyonluq əhalisinin əsas tələbatlarını qarşılamaqda çətinliklərlə üzləşir.

Cümə günü 4 ölkə sanksiyaların qaldırılması üçün Qətərə 13 şərtdən ibarət tələblər siyahısını təqdim edib. Onların arasında Al Jazeera kanalının bağlanması, Türkiyə həbi bazasının ləğvi və İranla əlaqələrin məhdudlaşdırılması barədə şərtlər əks olunub.
Səudiyyə XİN-i həmin siyahının müzakirələr üçün açıq olmadığını elan edib. Qətər tələbləri rədd edib.

Bu arada Guardian qəzetinə danışan BƏƏ-nin Rusiyadakı səfiri deyib ki, Körfəz ölkələri Qətərə qarşı yeni sanksiyaları nəzərdən keçirirlər.

Xəbər 2777 dəfə oxunub.



18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +