Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir


31.08.2023  12:24 

“Azərbaycanın güzəştə getmək fikri yoxdur” - İskəndəryan





A+  A-

Vəziyyət müxtəlif cür inkişaf edə bilər, bu hansı təzyiqin və necə olacağından və Azərbaycanın nəyə hazır olmasından, nəyə hazır olmamasından asılıdır.

XəzərNews.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun fikrincə, vəziyyətin inkişafında birinci variant ondan ibarətdir ki, Avropadan artan təzyiqlərə baxmayaraq, Azərbaycan heç bir tərəfdən humanitar yükə icazə verməyəcək və vəziyyət təxminən indiki kimi qalacaq.

“Şübhəsiz ki, Ermənistan və Qarabağda da qapalı təzyiq formaları var, lakin bu gün baş verənlər Azərbaycana da təzyiqdir.

Fransadan gələn humanitar yük nədir? Bu, sadəcə olaraq, bir növ ictimai təşkilat deyil, onun siyasi konteksti var. Bundan başqa, Lixtenşteynlə bağlı açıqlamalar da olub. Bütün bunlarda, təbii ki, mərkəzi olan humanitar aspektdən başqa, siyasi tərəfi də var. Digər tərəfdən, Azərbaycanın necə reaksiya verdiyini görmək olar. İnsanların həbsi və saxlanması da təsadüfi deyil”, - İskəndəryan hesab edir.

O, şübhələnir ki, Bakı kiminsə vasitəçiliyini qəbul etməyə hazır deyil: “Azərbaycanın hansısa konsensus qərarına getmək vəzifəsi olmadığından, güzəştə getmək fikri də yoxdur”.

Ekspert ikinci variant kimi hər iki yolun, yəni Laçın və Ağdam-Xankəndi yolunun açılması variantını irəli sürüb.

“Təsəvvür etmək çətindir ki, azərbaycanlılar yükü Ağdamdan keçirmədən Laçından keçirməyə başlayacaqlar. Düşünmürəm ki, bunu edəcəklər”, - deyə o vurğulayıb.

Politoloq qeyd edib ki, problem təkcə yük maşınlarının keçidindən daha genişdir:

“Vəziyyət kifayət qədər mürəkkəbdir və problemin tənzimlənməsi istiqamətində hansısa ciddi addımları təsəvvür etmək indi mənim üçün çətindir. İkinci Qarabağ müharibəsindən sonra erməni tərəfləri üçün şəraitin pisləşdiyini nəzərə alsaq, istəməyən və edə bilməyən təcrid olunmuş Rusiyadan 35 illik mürəkkəb problemin həllinə töhfə verməsini gözləmək çətindir”, - İskəndəryan əlavə edib.



Xəbər 2725 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +